
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə və bütün ictimai binalarda bütün bayraqların avqustun 31-dək yarıya qədər endirilməsini əmr edib.
Bu addım avqustun 27-də Minnesota ştatının Minneapolis şəhərində məktəbdə baş vermiş zorakılıq aktının qurbanlarına hörmət əlaməti olaraq atılıb.
Əmrə əsasən, ABŞ-ın xaricdəki səfirlik və konsulluqlarında və digər nümayəndəliklərin binalarında bayraqlar yarıyadək endirilib.
Qeyd edək ki, katolik məktəbinə silahlı hücum zamanı 8 və 10 yaşlı 2 şagird ölüb, 14-ü uşaq olmaqla 17 nəfər xəsarət alıb. Hadisəni törədən şəxs intihar edib.
