Sizin reklam burada
Sizin reklam burada

Bakıda saxlanılan rusiyalılar anaları ilə görüşüblər

Bakıda saxlanılan rusiyalılar anaları ilə görüşüblər

Bakıda saxlanılan Rusiya vətəndaşları anaları ilə görüşüblər.

Bu barədə “360.ru”ya məhbuslardan birinin bacısı Anastasiya Bezuqlaya məlumat verib.

Onun sözlərinə görə, bütün lazımi əşyaların köçürülməsi üçün bir neçə görüş təşkil olunub.

"Rusiya vətəndaşlarının saxlanma şəraitindən şikayəti yoxdur, onların lazım olan hər şeyi var. Konsul bir neçə dəfə uşaqlarla görüşüb və saxlanma şəraitinin yaxşı olduğunu deyib”, - deyə o qeyd edib.

Məlumata görə, görüşlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da iştirak edib.

Xatırladaq ki, iyunun 27-də Yekaterinburqda azərbaycanlıların kütləvi həbsindən sonra Moskva ilə Bakı arasında münasibətlər gərginləşib. İyulun 1-də Bakıda İrandan narkotik alverində, qanunsuz maddələrin onlayn ticarəti və kiber fırıldaqçılıqda şübhəli bilinən səkkiz rusiyalı saxlanılıb və daha sonra həbs edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ