Sizin reklam burada
Sizin reklam burada

“Sputnik Azərbaycan” işi üzrə saxlanılanlar haqda QƏRAR VERİLDİ

“Sputnik Azərbaycan” işi üzrə saxlanılanlar haqda QƏRAR VERİLDİ

“Sputnik Azərbaycan”ın redaksiyasında keçirilən əməliyyat zamanı həbs olunan şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

Xətai rayon Məhkəməsində istintaq orqanın təqdimatı təmin olunub.

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və redaktor Yevgeniy Belousovun hər biri 4 ay həbs qətimkan tədbiri seçilib.

Təqsirləndilən şəxslərə Cinayət Məcəlləsinin 178.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq), 192.2.2 (qanunsuz sahibkarlıq - eyni əməllər təkrar törədildikdə), 192.2.3 (qanunsuz sahibkarlıq - mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma - mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 193-1.3.2-cü (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ