Sizin reklam burada
Sizin reklam burada

Xırdalanda yaşayanların nəzərinə

Xırdalanda yaşayanların nəzərinə


Bu gecə Abşeron rayonunun Xırdalan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə martın 19-da Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir-təftiş işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 00:30-dan 02:30-dək Zimistan Qurbanov, Səttar Bəhlulzadə, Vəli Axundov, Həsən Əliyev, Rövşən Əliyev, Əhməd Cavad, Nizami, Rəşid Behbudov küçələri və Heydər Əliyev prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ