Sizin reklam burada
Sizin reklam burada

Orban şok rəqəmi açıqladı: Qeyri-qanuni miqrantlarla mübarizədə bu qədər xərclənib

Orban şok rəqəmi açıqladı: Qeyri-qanuni miqrantlarla mübarizədə bu qədər xərclənib


Macarıstan son bir neçə ildə qeyri-qanuni miqrantların qarşısını almaq üçün sərhədlərin qorunmasına 2 milyard avrodan çox vəsait xərcləyib.
Bu barədə ölkənin baş naziri Viktor Orban Britaniyanın "GB News" telekanalına danışıb.
“Son bir neçə ildə ümumilikdə sərhəd müdafiə sisteminin saxlanmasına 2 milyard avrodan çox vəsait xərcləmişik”, - deyə o bildirib.
Orbanın sözlərinə görə, miqrasiya məsələsində əsas amil siyasi iradədir.
O qeyd edib ki, əgər hakimiyyət miqrant axınının qarşısını almaqda həqiqətən qərarlıdırsa, buna nail ola bilər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ