İrandan İraqa qaz tədarükü tamamilə dayandırılıb.
Bu barədə İraqın Elektroenergetika Nazirliyi məlumat yayıb.
Nazirliyin sözçüsü Əhməd Musa əl-Abadinin sözlərinə görə, qaz nəqli həcmi sıfıra düşüb və bu, elektrik istehsalına ciddi zərbə vurub, elektrik sistemində pozuntulara səbəb olub.
Səlahiyyətli qurumlar yaranan çatışmazlığı aradan qaldırmaq üçün təcili tədbirlər görürlər.

