arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR

Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİRABŞ-la ticarət münaqişəsi fonunda Avropa İttifaqı və Çin Pekindən alınacaq elektriklə işləyən avtomobillərə rüsumların ləğvi məsələsi ilə bağlı danışıqlar aparmağa razılaşıblar.

Bu barədə “Handelsblatt” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, tariflərin aradan qaldırılması ilə bağlı ilkin razılaşma Avropa komissarı Maroş Şefçoviç və Çinin ticarət naziri Vanq Ventao arasında martın sonunda Pekində keçirilən görüş zamanı əldə olunub.

Növbəti danışıqlarda Çin elektromobilləri üçün minimum qiymətin müəyyən edilməsi və onlardan rüsumların ləğvi imkanları barədə kompromislər nəzərdən keçiriləcək. Nəşr yazıb ki, ittifaq aparıcı Çin istehsalçılarından Avropada təkcə elektromobillərin yığılması zavodları tikməməyi, həm də bütöv sənaye zonaları yaratmağı tələb edib.

“Biz istəyirik ki, onlar təkcə avtomobilləri yığmasınlar, həm də Avropa komponentləri təchizatçılarından sifariş versinlər və texnologiyanın ötürülməsinə icazə versinlər”, - ittifaq diplomatlarından biri deyib.

Xatırladaq ki, 2024-cü ilin iyul ayında Brüssel Çindən gələn elektrik avtomobillərinə 17,4%-dən 37,6%-ə qədər rüsum tətbiq edib. Sonra Avropa Komissiyası beş il müddətində qüvvədə olacaq 35,3%-ə qədər tariflərin tətbiqini təsdiqləyib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ