
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 12-də Türkiyəyə səfər edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, Lavrov Türkiyənin ev sahibliyi edəcəyi Antalya Diplomatiya Forumunda (ADF) iştirak edəcək: “Lavrov Türkiyənin xarici işlər nazirinin dəvəti ilə Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 12-də Türkiyəyə səfər edəcək”.
Zaxarova Lavrovun forumda çıxış edəcəyi və xarici həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyini də qeyd edib:
"İkitərəfli görüşlərdə Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz, Qara dəniz regionunda vəziyyət və bəzi dövlətlərlə münasibətlərlə bağlı aktual məsələlərin müzakirəsi gözlənilir".
Qeyd edək ki, Dördüncü Antalya Diplomatiya Forumu (ADF2025) Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi və Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə 11-13 aprel tarixlərində Belek Turizm Mərkəzindəki NEST Konqres Mərkəzində keçiriləcək.