Sizin reklam burada
Sizin reklam burada

Ukrayna bu gecə Rusiyanı yatmağa qoymayıb - Rəsmi açıqlama

Ukrayna bu gecə Rusiyanı yatmağa qoymayıb - Rəsmi açıqlama

Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə Rusiya ərazisi üzərində 337 Ukrayna pilotsuz təyyarəsini vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Dünən gecə növbətçi hava hücumundan müdafiə vasitələri 337 Ukrayna pilotsuz təyyarəsini ələ keçirib və məhv edib”, - deyə məlumatda bildirilir.

Bildirilir ki, 91 pilotsuz təyyarə Moskva vilayəti ərazisində, 126-sı Kursk, 38-i Bryansk, 25-i Belqorod, 22-si Ryazan, 10-u Kaluqa, 8-i Lipetsk, 8-i Oryol, 6-sı Voronej, 3-ü isə Novqorod vilayəti üzərində vurulub.

Bundan əvvəl Moskva və Moskva vilayətinin hakimiyyət orqanları Ukrayna pilotsuz təyyarələrinin bir nəfərin ölümü və üç nəfərin yaralanması ilə nəticələnən kütləvi hücumu barədə məlumat vermişdilər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ