Suriyanın yeni hökuməti İraq, Bəhreyn, Oman, Misir, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Səudiyyə Ərəbistanı və İtaliya səfirləri ilə görüş keçirib.
Məlumat Suriya Müvəqqəti Hökumətinin Siyasi Məsələlər Departamenti tərəfindən yayılıb.
"Görüş müsbət istiqamətdə keçdi, səfirlər yeni hökumətlə yüksək səviyyədə koordinasiyaya söz verdilər", - məlumatda deyilir.
Qeyd edək ki, İtaliya görüşdə iştirak edən yeganə Qərb ölkəsidir. Rəsmi Romanı İtaliyanın Suriyadakı müvəqqəti işlər vəkili Stefano Ravania təmsil edib.