Sizin reklam burada
Sizin reklam burada

Suriya konstitusiyası da dəyişdirilir

Suriya konstitusiyası da dəyişdirilir

Suriyada ölkə konstitusiyasına dəyişiklikləri hazırlamaq üçün xüsusi komitə yaradılacaq.

Bu barədə Suriya müxalifətinin siyasi şöbəsinin nümayəndəsi "Əl-Cəzirə" telekanalına bildirib.

Kanalın həmsöhbəti qeyd edib ki, əvvəllər qəbul edilmiş konstitusiyaya baxış keçirmək və ona əlavə və dəyişikliklər etmək üçün konstitusiya komitəsi yaradılacaq.

Dekabrın 10-da Məhəmməd Əl-Bəşir Suriyanın müvəqqəti hökumətinin başçısı təyin edilib. Onun sözlərinə görə, yeni hakimiyyət orqanları 2025-ci il martın 1-dək dövlət idarəçiliyi məsələlərinə nəzarət edəcək.

Əl-Bəşir vurğulayıb ki, müvəqqəti hökumətin vəzifələrinə təhlükəsizliyə nəzarət, dövlət institutlarının sabitliyini qorumaq və dövlətin dağılmamasını təmin etmək daxildir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ