Sizin reklam burada
Sizin reklam burada

Daha bir ölkə Ukraynaya silah pulu verməkdən İMTİNA ETDİ

Daha bir ölkə Ukraynaya silah pulu verməkdən İMTİNA ETDİ




"Slovakiya Aİ-nin Ukrayna üzrə Fonduna vəsait köçürməyə hazırdır, lakin bir şərtlə - bu pullar Ukraynanın silahlanmasına xərclənməməlidir".

Publika.az xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko bildirib.

"İstənilən hərbi yardım ikitərəfli münasibətlər əsasında qalır. Biz minaları təmizləyə və başqa yollarla kömək edə bilərik, lakin bunlar öldürücü olmayan vasitələr olacaq", - Slovakiya hökumətinin başçısı bildirib.

O, əlavə edib ki, Ukraynadakı münaqişənin hərbi yolla həllinə inanır.

Qeyd edək ki, Ukraynaya 50 milyard avroluq uzunmüddətli yardım proqramı 2027-ci ilə qədər nəzərdə tutulub. Son ana qədər vəsaitin ayrılması Macarıstanın baş naziri Viktor Orban tərəfindən əngəllənib, lakin sonda Aİ rəhbərliyi öz mövqeyini dəyişməyə nail olub.

"Reuters"in məlumatına görə, saziş paketin illik müzakirəsini və “lazım gələrsə” iki ildən sonra ona yenidən baxılması imkanını nəzərdə tutur. Bu, Macarıstanın Kiyevə uzunmüddətli yardımı təsdiqləməyə razılaşdığı şərtlərdən biri idi.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ