Sizin reklam burada
Sizin reklam burada

Xankəndidə separatçıların 4 saatlıq görüşü: Araik “istefa” verdi, şantaj olundu və...

Xankəndidə separatçıların 4 saatlıq görüşü: Araik “istefa” verdi, şantaj olundu və...





Artıq bir müddətdir ki, Ermənistan mətbuatı qondarma “artsax”ın qondarma “prezidenti” Araik Arutyunyanın tezliklə “istefa”ya gedəcəyi haqda xəbərlər yayırdı.

Amma indi Ermənistan mətbuatı iddia edir ki, baş separatçı bu istəyindən vaz keçib. Məlumata görə, Arayik Arutyunyan separatçıları bir yerə toplayaraq onlara “istefa” qərarı ilə bağlı izahat vermək istəyib. Dörd saatdan çox çəkən görüşdə Bako Saakyan, Aradi Qukasyan, Ruben Vardanyan və digər terrorçu-separatçılar iştirak ediblər.

Görüşdə Araik bildirib ki, daha əlindən heç bir iş gəlmir və getmək niyyətindədir. Amma digır separatçılar onu bu istəyinə görə az qala şantaj ediblər. Bildiriblər ki, getmək istəyirdisə, bunu 44 günlük müharibədən əvvəl etməliydi. İndiki gediş isə qaçışdır və buna yol verməyəcəklər. Separatçılar Araikə açıq şəkildə deyiblər ki, “istefa” versə, təhlükəsizliyinə zəmanət olmayacaq. Yəni onu açıq şəkildə təhdid ediblər.

Bundan sonra Araik fikrindən daşınıb. Amma Ermənistan mətbuatı iddia edir ki, Araik sadəcə, qorxusundan fikrini dəyişib. O, Xankəndidən qaçmaq üçün yol axtarır və başa düşür ki, halqa daralır, gec-tez Azərbaycan Ordusu Xankəndiyə daxil olacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ