Sizin reklam burada
Sizin reklam burada

Maldiv XİN rəsmisi: “Azərbaycana maliyyə yardımına görə təşəkkür edirik”

Maldiv XİN rəsmisi: “Azərbaycana maliyyə yardımına görə təşəkkür edirik”
“Azərbaycana Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasına dəstək üçün 1 milyon ABŞ dolları maliyyə ayırdığına görə təşəkkür edirik”.

“Report” xəbər verir ki, bunu Maldiv Xarici İşlər Nazirliyinin xarici əlaqələr katibi Əhməd Lətif Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib.

“Maldiv adaları pandemiyanın mənfi nəticələrini hiss etsə də, bu il turizm sektorunu tam bərpa edərək, onu pandemiyadan əvvəlki səviyyəyə çatdırıb”, - o vurğulayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ