Sizin reklam burada
Sizin reklam burada

Rusiya Melitopola yeni yaralıların gətirilməsinə hazırlaşır: Əksər obyektlər xəstəxanalara çevrilir

Rusiya Melitopola yeni yaralıların gətirilməsinə hazırlaşır: Əksər obyektlər xəstəxanalara çevrilir
Ukraynanın Zaporojye vilayətinin işğal altında olan Melitopol şəhərinə Rusiya son bir həftə ərzində yüzlərlə yeni səfərbər edilmiş çağırışçı gətirib.

Melitopolda xəstəxana bazasının genişləndirilməsi işləri aparılır. Keçmiş uşaq sanatoriyalarından birində bütün otaqlar palatalara çevrilir.

Mühasibatlıq şöbəsi, təsərrüfat qrupu, administrativ şöbə kompaktlaşdırılır ki, yaralılar üçün yerlər boşaldılsın.

Həmçinin Krımdan Melitopola 100-dən çox təcili yardım maşını gətirilib. Maşınlar təzədir, bütün lazımi avadanlıqlarla təchiz olunub.

Növbəti təcili yardım maşınları partiyasının gətirilməsi gözlənilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ