Sizin reklam burada
Sizin reklam burada

"RabitəBank" Qarabağı erməni dilində təqdim edir - FOTO-FAKT

"RabitəBank" Qarabağı erməni dilində təqdim edir - FOTO-FAKT

“Kommersant.az” xəbər verir ki, “RabitəBank” rəsmi internet saytında filialları barədə məlumat verərkən “Google” şirkətinin xəritəsindən istifadə edib. Belə ki, bankın rəsmi internet saytında yerləşdirdiyi Azərbaycan xəritəsində işğaldan azad olunan Qarabağ bölgəsinə aid olan ərazilərin adı böyük şriftlə erməni əlifbası ilə erməni dilində, aşağıda isə nədənsə kiçik hərflərlə Azərbaycan dilində yazılıb.

Qeyd edək ki, bankın ən böyük səhmdarı Rauf Əliyev Zeynal oğlu sabiq SOCAR prezidenti və hazırda iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevlə qohumluq əlaqələri var.

ELƏCƏDƏ BAX: “RabitəBank”, Rövnəq Abdullayev və Rauf Əliyev - VİDEO

Digər banklar və şirkətlər “Yandex” şirkətinin xəritəsindən istifadə edir. O xəritədə isə Qarabağ bölgəsinə aid ərazi adları Azərbaycan dilində qeyd edilib. “RabitəBank”ın bunu bildiyi halda xəritəsində bu cür siyasi səhvə yol verməsi və mental dəyərləri birmənalı şəkildə ayaqlaması, qazi və şəhid ailələrinə qarşı etdiyi bu hərəkət bankın müştərilərinə, aidiyyəti qurumlara, maliyyə nəzarətini həyata keçirən strukturlara məlumdurmu? Məhz bu sualın cavabsız qalmaması üçün "RabitəBank"ın saytında saxladığı həmin xəritənin fotosunu təqdim edirik:

"RabitəBank" Qarabağı erməni dilində təqdim edir - FOTO-FAKT

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ