Sizin reklam burada
Sizin reklam burada

Bakıda köçkün yataqxanasında yanğın söndürülüb - YENİLƏNİB

Bakıda köçkün yataqxanasında yanğın söndürülüb - YENİLƏNİB


Bakıda Tbilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın söndürülüb.

Bu barədə Xeberleragentliyi.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, binanın damında başlayan yanğın tez bir zamanda nazirliyin yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

Bakıda Tbilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın baş verib.

Xeberleragentliyi.com verir ki, yanğın binanın damından başlayıb.

Hadisə yerinə Fövqəladə Halların Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür. APA.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ