Sizin reklam burada
Sizin reklam burada

Zəngin maarifçilik ənənələrinə malik olan Gəncə şəhərində təhsil inkişaf etmiş, uğurları artmışdır

Zəngin maarifçilik ənənələrinə malik olan Gəncə şəhərində təhsil  inkişaf etmiş, uğurları artmışdır



Gəncə şəhəri üzrə fənn olimpiadalarının yarımfinal turuna 171 nəfər vəsiqə qazanıb

Yanvarın 12-də keçirilən Respublika fənn olimpiadalarının şəhər (rayon) mərhələsinin nəticələri açıqlanıb.

Gəncə şəhəri üzrə 171 nəfər fənn olimpiadalarının yarımfinal turunda iştirak etmək hüququ qazanıb.

Onlardan 44 nəfər riyaziyyat, 43 nəfər Azərbaycan dili, 26 nəfər kimya, 19 nəfər biologiya, 18 nəfər coğrafiya, 10 nəfər tarix, 6 nəfər informatika, 5 nəfər isə fizika fənnləri üzrədir.

Şəhər üzrə ən yüksək nəticəni İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin X sinif şagirdi Cavid Qurbanov əldə edib. Belə ki, şagirdimiz riyaziyyat fənni üzrə verilmiş tapşırıqlardan 25-dən 24-ü düzgün cavablandırıb.

Zəngin maarifçilik ənənələrinə malik olan Gəncə şəhərində təhsil  inkişaf etmiş, uğurları artmışdır



Gəncə şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynov - Məlumdur ki, təhsil cəmiyyətin inkişafını, hərtərəfli tərəqqisini şərtləndirən başlıca amillərin ən əsasını təşkil edir. Hələ o zamanlar təhsili millətin gələcəyi adlandıran ümumilli lider Heydər Əliyev, təhsilimizin gələcəyini onun keyfiyyətinin yüksəldilməsində və müasir texnologiyaların bu sahəyə geniş tətbiqində görürdü. Cənab Prezident İlham Əliyev də öz çıxışlarının birində qeyd etmişdir ki, “Təhsilin yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda oynadığı rol bu gün daha aktualdır. Bizim məqsədimiz elmi inkişafla milli inkişafın ümumi səviyyəsi arasında əlaqə yaratmaq və elm, ali təhsil və iqtisadiyyat arasında hormoniyanı təmin etməkdir.” Cənab Prezidentin belə fikirləri milli təhsilimizə, bütövlükdə isə Azərbaycanın müasirləşməsi və dünyanın inkişaf etmiş ölkələri sırasına çıxmasına hədəflənmiş konservativ baxışdır.
Son illər Gəncə şəhərinin təhsil sistemində normativ-hüquqi bazasının yaradılması, müasir texnologiyaların tətbiqi imkanlarına görə məzmunca təhsilin yeniləşdirilməsi və təkmilləşdirilməsi, həmçinin idarəçilikdə demokratik dəyərlərin daim ön plana çəkilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi kimi vacib məsələlərə həssas yanaşma tendensiyaları artmaqdadır.

Zəngin maarifçilik ənənələrinə malik olan Gəncə şəhərində təhsil 2019-2020-ci ildə daha da inkişaf etmiş, uğurları artmışdır. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi və ümumilikdə təhsildə müasir standartlara uyğunlaşdırılma istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilmişdir. İl ərzində keçirilən respublika, zona və rayon səviyyəli tədbirlərdə, bilik yarışlarında, fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə, həmçinin idman yarışlarında şagirdlərimiz yüksək uğurlar qazanmışlar.

Gəncə şəhərin nümunəsində regionların kompleks inkişafını hədəfləyən bütün növ fəaliyyətlərin əsas məqsədi, ümumilikdə respublikamızın sosial iqtisadi vəziyyətini günü-gündən inkişaf etdirmək, onu yüksək təhsilə, elmə və iqtisadi göstəricilərə malik qüdrətli bir məmmləkətə çevirməkdir. Azərbaycanı sevən, onun uğurlu sabahlarını düşünən rayon təhsil şöbəsinin müdiri olaraq doğma Gəncəmizin gözəlləşən simasında ölkəmizdəki inkişafı görmək mənə yalnız qürur verir. Bütün bunlara görə, hər zaman xalqının yanında olan, ulu öndərin milli ideyalarını layiqincə davam etdirən Prezidentimə minnətdaram.


Zəngin maarifçilik ənənələrinə malik olan Gəncə şəhərində təhsil  inkişaf etmiş, uğurları artmışdır

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ