Sizin reklam burada
Sizin reklam burada

Mərkəzi Bank mühüm qərar açıqlayacaq - Bu tarixdə

Mərkəzi Bank mühüm qərar açıqlayacaq - Bu tarixdə

Azərbaycan Mərkəzi Bankı, pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması cədvəlinə əsasən, növbəti faiz qərarını 2 aprel 2026-cı il iclasında elan edəcək.
Fevral ayında illik inflyasiya yanvarla müqayisədə dəyişməyərək +5,7% səviyyəsində qaldı və bu göstərici AMB-nin hədəf intervalı olan 4±2%-lik çərçivəyə uyğundur. Qlobal geosiyasi gərginliklər və yüksələn neft qiymətləri inflyasiya təzyiqlərini artırsa da, bu dəfə Mərkəzi Bankın faizləri sabit saxlamaq ehtimalı yüksəkdir və “gözləmə mövqeyi”ni seçməsi gözlənilir.
Xatırladaq ki, 4 fevral 2026-cı il qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0,25 faiz bəndi azaldılmış, uçot dərəcəsi 6,5%-ə, aşağı həddi 5,5%-ə, yuxarı həddi isə 7,5%-ə endirilmişdi. Önəmli meyillər arasında faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı ilə uyğunluğu, qlobal iqtisadi aktivlik, beynəlxalq maliyyə bazarlarının vəziyyəti və daxili makroiqtisadi şərait nəzərə alınır. Əvvəlki endirimlər isə dekabr 2025-ci ildə həyata keçirilmiş, uçot dərəcəsi 6,75%-dən 6,5%-ə, faiz dəhlizinin aşağı və yuxarı həddi müvafiq olaraq 5,75% və 7,75%-ə salınmışdı.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ