Son bir həftədə yağan aramsız yağışlar bir çox ərazilərdə ciddi fəsadlara yol açıb. O cümlədən onlarla avtomobil su altında qalıb. Təbii ki, yararsız vəziyyətə düşən avtomobillərrin təmiri üçün böyük vəsait tələb olunur.
Elə isə subasmadan zərər görən hansı avtomobillər sığorta ödənişindən faydalana biləcək?
Mövzu ilə bağlı danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, subasmadan zərər görən avtomobillərə yalnız kasko sığortasına görə ödəniş edilir:
“Çünki kasko sığortası bütün təbiət hadisələrini - sel, daşqın və subasma nəticəsində avtomobillərə dəymiş zərəri qarşılayır. Son hadisədə təkcə avtomobillər yox, evlər, obyektlər də ciddi zərər görüb. Belə halla üzləşən ev və obyekt sahibləri icbari və könüllü sığortadan faydalanaraq ödəniş ala bilərlər”.