
"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabrında tədarük üçün qızıl fyuçerslərinin qiyməti 22 apreldən bəri ilk dəfə bir troya unsiyası üçün 3,5 min dolları ötüb.
Bakı vaxtı ilə saat 02:03-ə olan məlumata görə, qiymətli metalın qiyməti 2,62 % artaraq 1 troy unsiyası üçün 3 534,10 dollar təşkil edib. Bakı vaxtı ilə saat 02:25-də qızılın qiyməti artımını ləngidərək bir unsiya üçün 3 492,10 dollara (+1,4 %) düşüb.
