Avropada keçirilən hərraclarda qazın qiyməti 2023-cü ilin oktyabrından bəri ən yüksək həddə çatıb və bu zaman qiymət 1 min kubmetr üçün 540 dollara qalxıb.
Bu barədə "Kommersant" məlumat yayıb.
"Bloomberg"in məlumatına görə, karbohidrogenlər Ukrayna ərazisindən tranzitlə Avropaya Rusiya qazının nəqlinin dayandırılması fonunda bahalaşıb. Xərclərə Norveçin Hammerfest şəhərində mayeləşdirilmiş təbii qaz zavodunun fəaliyyətinin dayandırılması da təsir edib. Kompressorun nasazlığı səbəbindən zavodun yanvarın 9-dək istehsalı dayandıracağı bildirilir.
Yanvarın 1-də “Qazprom”un “Naftoqaz”la müqaviləsinin başa çatması səbəbindən Ukrayna ərazisindən qaz nəqli dayandırılıb.
Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bir müddət əvvəl Rusiya qazının tədarükünün dayandırılmasının avropalıların həyat səviyyəsinə “ən mənfi şəkildə” təsir etdiyini bildirib.