Sizin reklam burada
Sizin reklam burada

Şok iddia: Lirə dollar qarşısında bu qədər ucuzlaşacaq

Şok iddia: Lirə dollar qarşısında bu qədər ucuzlaşacaq




Türk valyutasının dəyəri 2024-cü ilin son rübündə əhəmiyyətli dərəcədə azalaraq bir dollar üçün 37 lirə səviyyəsinə çata bilər.

Publika.az xəbər veririk, bu barədə Türkiyənin Halk TV kanalı məlumat yayıb.

Türkiyənin milli valyutasının dollar qarşısında məzənnəsi ötən həftə tarixi minimuma çatıb və ilk dəfə olaraq 1 dollar 30 lirə səviyyəsində olub. Ticarət məlumatlarına görə, yanvarın 15-də dollar 30,1 lirədir.

"Xüsusilə də yerli seçkilərdən sonra dolların məzənnəsinin artım tempinin artması ehtimalı var. 2024-cü ilin son rübündə dollar 35-37 lirəyə başa gələcək", - məlumatda bildirilir.

Telekanalın məlumatına görə, bu halda Türkiyənin iqtisadi vəziyyəti, eləcə də ABŞ Federal Ehtiyat Sisteminin siyasəti və qlobal iqtisadi meyllər həlledici olacaq.

Əvvəllər bildirilmişdi ki, Türkiyədə 2023-cü ilin dekabrında illik inflyasiya noyabrda 61,98%-dən sürətlənərək 64,77% təşkil edib.

Bu arada, Müstəqil İqtisadçılar Qrupunun (ENAG) məlumatına görə, dekabrda illik inflyasiya 127,21% təşkil edib.

Xatırladaq ki, dekabrın 21-də Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 40%-dən 42,5%-ə qaldırıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ