Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda əhalinin borcları artıb

Azərbaycanda əhalinin borcları artıb
2023-ci ilin I rübündə istehlak və ipoteka kreditlərinə tələb yüksəlib.

Bu, Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.

Hesabata görə, tələbin artımının əsas faktorları daşınmaz əmlak bazarı ilə bağlı gözləntilər, faiz dərəcələri, habelə rəqəmsallaşma olub.

Bu ilin ilk rübündə əhalinin borclanmasının banklar tərəfindən qiymətləndirilməsinə əsasən əhalinin borclanma səviyyəsində artım müşahidə edilib.

Belə ki, sorğuya əsasən, 42% bank əhalinin borclanmasında dəyişiklik olmadığını qeyd etsə də, 54% bank əhalinin borclanma səviyyəsinin orta dərəcədə artdığını, 4% bank isə orta dərəcədə azalma olduğunu bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ