Sizin reklam burada
Sizin reklam burada

AMB rəsmisi: “Manatın nominal dəyəri artırılmayacaq”

AMB rəsmisi: “Manatın nominal dəyəri artırılmayacaq”
“Azərbaycan Mərkəzi Bankı (AMB) milli valyutanın - manatın - nominal dəyərinin artırılmasını, daha yüksək nominallı yeni əsginasların dövriyyəyə buraxılmasını planlaşdırmır”.

“Report” xəbər verir ki, bunu AMB-nin baş direktoru Aqşin Vəliyev uçot dərəcəsinin parametrlərində dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında bildirib.

“Sonuncu dəfə 44 günlük Vətən müharibəsindəki qələbəyə həsr olunmuş 500 manatlıq xatirə əsginasları məhdud sayda dövriyyəyə buraxılıb və daha yüksək nominallı yeni əsginasların dövriyyəyə buraxılması gözlənilmir. Buna ehtiyac da yoxdur”, - deyə o qeyd edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ