Sizin reklam burada
Sizin reklam burada

Uşaqların Sevimlisi, Təhsilin Fədakar Təşkilatçısı – Günay Teymurova

Uşaqların Sevimlisi, Təhsilin Fədakar Təşkilatçısı – Günay Teymurova

Ucar şəhər 3 saylı Körpələr Evi-Uşaq Baxçasının müdiri Günay Teymurova öz peşəkarlığı, məsuliyyətli fəaliyyəti və uşaqlara göstərdiyi xüsusi qayğı ilə valideynlərin və kollektivin dərin rəğbətini qazanmış rəhbərlərdən biridir.
Günay Teymurova rəhbərlik etdiyi müəssisədə məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaqların sağlam, bilikli və vətənpərvər ruhda formalaşması üçün böyük əmək sərf edir. Onun idarəçilik bacarığı sayəsində bağçada səmərəli təlim-tərbiyə mühiti yaradılmış, uşaqların hərtərəfli inkişafına xidmət edən müxtəlif tədbirlər, maarifləndirici proqramlar və yaradıcılıq fəaliyyətləri uğurla həyata keçirilmişdir.
Müəssisədə təmizlik, nizam-intizam və təhlükəsizlik məsələlərinə daim xüsusi diqqət yetirən Günay xanım hər bir uşağın qayğı ilə əhatə olunmasına çalışır. O, pedaqoji kollektivlə sıx əməkdaşlıq edərək müəllim və tərbiyəçilərin peşəkar inkişafına da dəstək göstərir. Kollektiv arasında sağlam iş mühitinin formalaşdırılması, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinin qorunması onun rəhbərlik fəaliyyətinin əsas xüsusiyyətlərindəndir.
Valideynlərlə daim açıq ünsiyyət saxlayan Günay Teymurova onların fikir və təkliflərini diqqətlə dinləyir, uşaqların təhsil və tərbiyəsi ilə bağlı məsələlərin həllində yaxından iştirak edir. Bu yanaşma valideyn etimadının möhkəmlənməsinə və müəssisənin nüfuzunun daha da artmasına səbəb olmuşdur.
Günay xanımın fəaliyyəti göstərir ki, məktəbəqədər təhsil sahəsində uğurun əsas şərtlərindən biri uşaqlara sevgi, peşəyə bağlılıq və yüksək məsuliyyət hissidir. Onun əməyi sayəsində Ucar şəhər 3 saylı Körpələr Evi-Uşaq Baxçası öz nümunəvi fəaliyyəti ilə seçilən təhsil müəssisələrindən biri kimi tanınır.
Günay Teymurovaya gələcək fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı və Azərbaycan təhsilinin inkişafı naminə həyata keçirdiyi nəcib işlərdə davamlı nailiyyətlər arzulayırıq. Onun uşaqların xoşbəxt gələcəyi naminə gördüyü işlər hər zaman yüksək qiymətə layiqdir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ