Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 3 saylı Şəki–Zaqatala regional filialının keçmiş müdiri Turan Əsədov yeni vəzifəyə təyin olunub.
Bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Əsədov Turan Nasir oğlu DSMF-nin Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonları üzrə maddi-məişət şəraitinin müayinəsi departamentinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, T.Əsədov ötən ilin martında xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonunun Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan piyadanı vuraraq qəza törədib. Həmin vaxt DSMF-nin yaydığı məlumatda bildirilib ki, T.Əsədov hadisədən dərhal sonra yaralı piyadanı xəstəxanaya çatdırsa da, həyatını xilas etmək mümkün olmayıb.


