“Fənərbaxça” “Liverpul”da ayrılan Məhəmməd Salah üçün hərəkətə keçib.
İstanbul təmsilçisi misirli hücumçuya 3 illik müqavilə irəli sürüb. Təklifin illik dəyərinin təxminən 17 milyon funt sterlinq olacağı bildirilir. Klub rəhbərliyi Salah ətrafında yeni komanda qurmağı hədəfləyir. Hazırda tərəflər arasında ilkin marağın olduğu iddia edilir.
Rəsmi danışıqların hələ başlamadığı bildirilir. Keçidin baş tutması futbolçunun qərarından asılıdır.

