Sizin reklam burada
Sizin reklam burada

Zaqatalada avtomobillər toqquşub, xəsarət alan var

Zaqatalada avtomobillər toqquşub, xəsarət alan var
Zaqatalada iki minik avtomobili toqquşub, sürücülərdən biri xəsarət alıb.

APA xəbər verir ki, hadisə bu gün saat 11 radələrində Zaqatala şəhər ərazisində, Tala çayı üzərində tikilmiş asma körpünün girişində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2106 və “Opel” markalı iki minik avtomobili toqquşub. Qəza zamanı VAZ-2106 markalı avtomobilin sürücüsü, 1995-ci il təvəllüdlü, rayonun Yuxarı Tala kənd sakini Əhməd Məmməd oğlu Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ