Sizin reklam burada
Sizin reklam burada

Hidrometeorololardan XƏBƏRDARLIQ: Rayonlarda hava kəskin dəyişəcək

Hidrometeorololardan XƏBƏRDARLIQ: Rayonlarda hava kəskin dəyişəcək
Azərbaycanın rayonlarında mayın 24-ü gündüz, 25-də əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ