Sizin reklam burada
Sizin reklam burada

Professor Zakir Avşar: İnternet təhlükəsizliyi müasir dövrdə dövlətlərin qarşısında duran mühüm vəzifədir

Professor Zakir Avşar: İnternet təhlükəsizliyi müasir dövrdə dövlətlərin qarşısında duran mühüm vəzifədir



Yeni nəsil insan hüquqları anlayışı artıq həyatın bütün sahələrini geniş əhatə edib. Bu anlayışın içində internetə bağlı olan haqlar da əksini tapır. Dövlətlər artıq internetə giriş məsələsində vətəndaşların hüquqlarını qorumaq məsuliyyəti daşıyırlar. Amma bu məsuliyyət çoxşaxəlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin Jurnalistika fakültəsinin dekanı professor Zakir Avşar ifadə edib.
Əhalinin internetə bağlı hüquqlarının bütün aspektlərinin bir-birinə sıx bağlı olduğunu diqqətə çatdıran professor Zakir Avşar əminliklə deyib ki, cəmiyyət inkişaf etdikcə dövlətlər vətəndaşların şəxsi məlumatlarının qorunmasını zəmanətə götürəcəklər. İnternet haqlarının təmin edilməsi, milli maraqların qorunması dəyərlərə qaşı kənar təsirlərin zərərsizləşdirilməsi baxımından mühüm amildir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ