Sizin reklam burada
Sizin reklam burada

Şəmkirdə avtomobillər toqquşdu: Bir ailənin dörd üzvü yaralandı

Şəmkirdə avtomobillər toqquşdu: Bir ailənin dörd üzvü yaralandı
Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

“Report”un məlumatına görə, hadisə İrmaşlı kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində bir ailənin 4 üzvü, 1971-ci il təvəllüdlü Nəsimi Allahverdiyev, oğlu, 2001-ci il təvəllüdlü Namiq Allahverdiyev, 1976-cı il təvəllüdlü Vüqar Allahverdiyev və 1976-cı il təvəllüdlü Xədicə Allahverdiyeva xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ