Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanlı iş adamı koronavirusdan vəfat etdi

Azərbaycanlı iş adamı koronavirusdan vəfat etdi


Rusiyada yaşayan azərbaycanlı iş adamı, diaspor rəhbəri Sərdar Abdullayev vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl koronavirusdan müalicə alan 70 yaşlı Abdullayev, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, S.Abdullayev 1951-ci ildə Kəlbəcərin Yanşaq kəndində anadan olub. Rusiyanın Tver vilayətində diaspor rəhbəri kimi də fəaliyyət göstərən S.Abdullayev, 2006-cı ildə Azərbaycanın "Tərəqqi" medalı ilə təltif olunmuşdu.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ