Bakıda əsgər payını satan şəxslər özlərini ifşa edib.
Milli.Az bildirir ki, Babayev Fərhad adlı şəxs "Elanlar" qrupunda paylaşım edərək əsgər payını satdığını qeyd edib.
Əsgərlərin səhər yeməyi üçün nəzərdə tutulan cemin birini 50 qəpikdən satışa çıxaran şəxs 150 ədəd əsgər cemini mənimsəməsi aşkar görünür.
Facebook hesabının saxta və ya real olması barədə məlumat yoxdur.
Qeyd edək ki, müharibə dövründə və müharibədən sonra əsgərə göndərilən yardımları və ərzaqları ələ keçirən bir neçə şəxs DTX əməkdaşları tərəfindən saxlanılıb.
Milli.Az sosial şəbəkələrdə yayılan görüntüləri təqdim edir: