Sizin reklam burada
Sizin reklam burada

Əziz Əzizov Vətənini sevən, xalqına bağlı olan ləyaqətli şəxsiyyətdir

Əziz Əzizov Vətənini sevən, xalqına bağlı olan ləyaqətli şəxsiyyətdir

Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır.
Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Əziz Əzizov, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb

. Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Əziz müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Əziz Əzizov tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Əziz Əzizovu yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Əziz müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə zəif cəhəti var ki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda, o insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.

Bəli, dogurdan da cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir. Əziz Əzizov millətimizin yətişdirdiyi bir ziyalıdır. Əziz müəllim sıradan bir şəxs deyil, bütün ömrünü insanların rifahı işinə sərf edib. O, əsl Vətən daşıdır. Onun qəlbi böyükdür. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, insanlıgı, xeyrxahlıgı sevir, bu amalla yaşayır.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü?

Əziz Əzizov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

O, yüksək biliyi və təhsili, yüksək siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

O, rəhbər kimi ani və düzgün qərar qəbul edə bilən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Əziz Əzizovun böyüklüyü onun sadəliyində və insanlara səmimi münasibətindədir!

O, bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Bəli, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov istər rəhbəri oldugu kollektiv, istərsə də ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o bu vəzifəyə təsadüfi göndərilməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar.

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bütün bölgədə belə xarakterizə olunur

… Əziz Əzizov posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…

… Əziz Əzizov, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona “cənab rəis” yox daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.

Yusif Məhəmmədoğlu

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ