Sizin reklam burada
Sizin reklam burada

Respublika Diaqnostika Mərkəzi Şağan qəsəbəsindəki 1 saylı uşaqlar evində xeyriyyə aksiyasını həyata keçirib


Respublika Diaqnostika Mərkəzi Şağan qəsəbəsindəki 1 saylı uşaqlar evində xeyriyyə aksiyasını həyata keçirib
Bildiyiniz kimi, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ölkədə uşaq problemlərinin həllinə böyük dəstək verir. Mehriban xanımın yüksək humanizmin təcəssümü olan təşəbbüs və layihələri daim reallaşır. Xüsusi qayğıya ehtiyac duyan uşaqların etibarlı sosial müdafiə sistemi ilə təmin edilməsinə dair işlər aparılır.

Bu gün Respublika Diaqnostika Mərkəzinin heyəti Şağan qəsəbəsində yerləşən Dövlət Sosial Müdafiə Fondunun 1 Saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün Sosial Xidmət Müəssisəsində xeyriyyə aksiyasını həyata keçirib. Klinikanın peşəkar həkimləri bu müəssisədə dövlət himayəsində yaşayan və xüsusi qayğıya ehtiyac duyan, xüsusilə də ağır sağlamlıq problemləri olan uşaqları müəssisənin öz həkim heyəti ilə birgə bir neçə saat ərzində müayinə ediblər. Müəssisənin baş həkimi daxili həkim heyəti ilə birgə əlavə məsləhətləşmələr apararaq, yeni müalicə metodları təklif edib.

Qeyd edək ki, 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün Sosial Xidmət Müəssisəsində yaşayan yüzlərlə uşaq üçün müasir tələblərə cavab verən şəraitin yaradılmasında Heydər Əliyev Fondunun böyük dəstəyi var. Bu kimi tədbirlər bir daha göstərir ki, Azərbaycanda xüsusi qayğıya ehtiyac duyan uşaqlara diqqət və onların tibbi xidmətlərlə təmin edilməsi ölkəmizdə tətbiq edilən uğurlu sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir.

Respublika Diaqnostika Mərkəzi Şağan qəsəbəsindəki 1 saylı uşaqlar evində xeyriyyə aksiyasını həyata keçiribRespublika Diaqnostika Mərkəzi Şağan qəsəbəsindəki 1 saylı uşaqlar evində xeyriyyə aksiyasını həyata keçiribRespublika Diaqnostika Mərkəzi Şağan qəsəbəsindəki 1 saylı uşaqlar evində xeyriyyə aksiyasını həyata keçiribRespublika Diaqnostika Mərkəzi Şağan qəsəbəsindəki 1 saylı uşaqlar evində xeyriyyə aksiyasını həyata keçirib

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ