Sizin reklam burada
Sizin reklam burada

Xaçmaz Əlillərin Bərpa Mərkəzində monitorinq


Xaçmaz Əlillərin Bərpa Mərkəzində monitorinq

16 noyabr 2018-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın üzvləri Davud RƏHİMLİ (Əlil Təşkilatları İttifaqı (ƏTİ)) və Məmmədhəsən Nəsənov (“Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyi) tərəfindən Xaçmaz Əlillərin Bərpa Mərkəzində monitorinq keçirilmiçdir. Monitorinq zamanı mərkəzin fiziki infrastrukturunun əlçatanlığı, əlilliyi olan şəxslərin qəbul prosedurları, personalın formalaşması, imkanları, yerlərin sayı, qalma vəziyyəti, bərpa-müalicə qaydaları, göstərilən xidmətlər, avadanlıq və reabilitasiya vasitələri ilə təminat, qidalanma, asudə vaxtın təşkili, sakinlərin məmnunluq dərəcəsi halları nəzərdən keçirilmişdir.

Mərkəz Xaçmaz və ətraf rayonlarda yaşayan əlillərə kompleks tibbi-sosial reabilitasiya xidməti göstərmək yolu ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, onların tibbi, sosial, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili, yaş və sağlamlıqlarını nəzərə alınmaqla mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində üçün 16 yaşdan yuxarı bütün kateqoriyalardan olan əlillərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuşdur. 15 çarpayılıqdır.

Monitoriq zamanı müsbət hallarla yanaşı, müxtəlif sahələr üzrə çatışmazlıqlar, o cümlədən obyektiv və subyektiv səbəblərdən yaranan hallar aşkarlanaraq müəyyən olundu. Respublika Əlillərin Bərpa Mərkəzində aparılmış monitorinq zamanı qeyd olunmuşdu ki, regionlarda bərpa mərkəzlərinin olmasına baxmayaraq, müraciətlər əsasən Bakıda olan mərkəzə olunur.

Qeyd edək ki, Mərkəz keyfiyyətli avadanlıqlarla təchiz olunmuş yeni binada yerləşir. Lakin bununla yanaşı həlli vacib və çox maliyyə tələb etməyən problemlər də vardır.

Aparılan monitorinqin bir məqsədi də bunu araşdırmaq idi. Bütün hallar nəzərə alınaraq yekun hesabat hazırlanaraq aidiyyatı üzrə təqdim olunacaqdır.

Monitorinqin keçirilməsinə şərait yaratdıqlarına və diqqətə görə Mərkəzin baş həkim əvəzi Elxan müəllimə və bütün işçi heyətinə, mərkəzin kollektivinə minnətdarlığımızı bildirirk.
Xaçmaz Əlillərin Bərpa Mərkəzində monitorinq
Xaçmaz Əlillərin Bərpa Mərkəzində monitorinq
Xaçmaz Əlillərin Bərpa Mərkəzində monitorinq
Xaçmaz Əlillərin Bərpa Mərkəzində monitorinq
Xaçmaz Əlillərin Bərpa Mərkəzində monitorinq
Xaçmaz Əlillərin Bərpa Mərkəzində monitorinq

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ