Ötən gün axşam saatlarında "Nar Şərab” restoranında nişan mərasimi keçirilməsi ilə bağlı mediada yayılan xəbər təkzib edilib.
“Nar Şərab” və “Sapfir Zuğulba” restoranlarının administrasiyasından Axar.az-a daxil olan məlumatda bildirilib ki, sözügedən restoranlarda Operativ Qərargahın bütün qərarları dəqiqliklə icra edilir.
“Sərt karantin rejimi dövründə “Nar Şərab” (Nar & Sharab) və “Sapfir Zuğulba” (Sapphire Zagulba) restoranlarında heç bir kütləvi tədbir, toy və nişan məclisi təşkil edilməyib. Operativ Qərargah tərəfindən qoyulan qadağa götürlmədiyi müddətdə belə məclislərin təşkil edilməsi ilə bağlı hər hansı müraciətə baxılması mümkünsüzdür”, - məlumatda bildirilib.
Həmçinin qeyd edilib ki, hazırda “Sapfir Zuğulba” oteli bağlıdır və fəaliyyət göstərmir.
“Nar Şərab” və “Sapfir Zuğulba” restoranlarının administrasiyası yalan və saxta məlumatların yayılmasını qəti şəkildə pisləyib.
Qeyd edək ki, yayılan məlumatda hətta "Şeron” qrupunun üzvləri də nişan mərasimində iştirak etdiyi bildirilmişdi.
