Sizin reklam burada
Sizin reklam burada

Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə

Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikası vətəndaşlarının diqqətinəDövlət Miqrasiya Xidmətindən Xeberleragentliyi.com -a verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma və vətəndaşlığa bərpa ilə bağlı əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikası vətəndaşlarının müraciətləri 20 avqust 2020-ci il tarixdən etibarən həftənin I-V günləri saat 09:00-dan 18:00-dək (13:00-dan 14:00-dək nahar fasiləsi) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatında və regional miqrasiya idarələrinin (Bakı şəhər regional miqrasiya idarəsi istisna olmaqla) inzibati binalarında qəbul ediləcəkdir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ