Sizin reklam burada
Sizin reklam burada

Vilayət Eyvazov Kəramət Böyükçölün atasına zəng edib

Vilayət Eyvazov Kəramət Böyükçölün atasına zəng edib


Daxili İşlər naziri Vilayət Eyvazov yazıçı Kəramət Böyükçölün atası, şair Qəşəm Nəcəfzadəyə zəng edib.

Bu barədə Q.Nəcəfzadə özü“Facebook” hesabında paylaşım edib.

V.Eyvazova təşəkkürünü bildirən şair belə yazıb:

“Oğlum Kəramət Böyükçöl içkili olduğuna görə qeyri-etik hərəkətlər etdiyi üçün dünən, ayın 18-də saxlanılmışdı. Bu gün isə sərbəst buraxıldı. Cənab nazir, istedadlı bir gəncə həssaslıqla yanaşdığınıza, onun əsərlərini və publisistik yazılarını dəyərləndirdiyinizə və bu barədə mənə telefon açdığınıza görə sizə təşəkkür edirəm!”.

Xatırladaq ki, K.Böyükçöl məişət zəminində səs-küy yaratdığı üçün qonşuların şikayəti əsasında saxlanılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ