Hər kəsə bəllidir ki, mərhum prezidentimiz, xalqımızın ulu öndəri Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasında əsasını müəyyən etdiyi sosial-iqtisadi islahatlar, bu gün cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Atılan addımların nəticəsidir ki, hal-hazırda ölkəmizin bütün sahələrində sürətli sosial-iqtisadi inkişafa və digər uğurlara nail olunmuşdur. Yəni, ötən illər ərzində Azərbaycan özünün beynəlxalq mövqelərini daha da möhkəmləndirmiş, böyük iqtisadi inkişafa imza atmışdır. Fakt budur ki, ölkəmizin bütün şəhər və rayonlarında, kənd və qəsəbələrində, digər yaşayış məntəqələrində sürətli inkişaf prosesi və s. bu gün də özünü göstərməkdədir.
Bəli, bu gün dövlət-hakimiyyət orqanlarının başlıca məqsədi sovet dönəmindən qalma bir məsələyə, yəni şəhərlə kənd arasında fərqin aradan qaldırılmasına, mərkəzi ərazilərlə bərabər, ucqar ərazilərdə də yaşayan sakinlərin üzləşdiyi problemlərin qısa müddət ərzində həllinə nail olmaqdır. Belə bir səbəb üzündən də, indiyə kimi bu yöndə bir neçə dövlət proqramı işlənib hazırlanmış və mərhələli şəkildə həlli də həyata keçirilmişdir. Həyata keçirilən islahat proqramlarının nəticəsi olaraq, bu gün şəhərlə kənd arasında fərqlər kifayət qədər aradan qaldırılmış, rayonlarda, kənd və qəsəbələrdə, iri yaşayış məntəqələrində, ucqar dağ kəndlərində və s. sosial problemlərin çoxu həllini tapmışdır. Əslində istənilən sahədə əmələ gələn sosial problemlərin varlığı, ərazidə idarəetməni həyata keçirən şəxsin xarakterik xüsusiyyətindən, idarəçilik qabiliyyətinin göstəricisindən, yerli sakinlərə bəslədiyi münasibətin varlığından asılı olur. Fakt budur ki, bu gün istənilən vəzifə sahibinin iş fəaliyyətinə, əksəriyyət tərəfindən ictimai münasibət göstərilir. Belə olan halda hər bir vəzifə sahibi məcbur olur ki, daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlsin və rəhbərliyin ona göstərdiyi etimadı doğrulda bilsin. Haqqında söhbət açdığımız şəxs, yəni Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Suliddin Əsgərov da, üzərinə düşən vəzifə borcunu lazımınca yerinə yetirən vəzifə sahibidir.
Məlumdur ki, təhsil cəmiyyətin inkişafını, hərtərəfli tərəqqisini şərtləndirən başlıca amillərin ən əsasını təşkil edir. Hələ o zamanlar təhsili millətin gələcəyi adlandıran ümumilli lider Heydər Əliyev, təhsilimizin gələcəyini onun keyfiyyətinin yüksəldilməsində və müasir texnologiyaların bu sahəyə geniş tətbiqində görürdü. Cənab Prezident İlham Əliyev də öz çıxışlarının birində qeyd etmişdir ki, “Təhsilin yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda oynadığı rol bu gün daha aktualdır. Bizim məqsədimiz elmi inkişafla milli inkişafın ümumi səviyyəsi arasında əlaqə yaratmaq və elm, ali təhsil və iqtisadiyyat arasında hormoniyanı təmin etməkdir.” Cənab Prezidentin belə fikirləri milli təhsilimizə, bütövlükdə isə Azərbaycanın müasirləşməsi və dünyanın inkişaf etmiş ölkələri sırasına çıxmasına hədəflənmiş konservativ baxışdır.
Son illər Beyləqan rayonunun təhsil sistemində normativ-hüquqi bazasının yaradılması, müasir texnologiyaların tətbiqi imkanlarına görə məzmunca təhsilin yeniləşdirilməsi və təkmilləşdirilməsi, həmçinin idarəçilikdə demokratik dəyərlərin daim ön plana çəkilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi kimi vacib məsələlərə həssas yanaşma tendensiyaları artmaqdadır.
Zəngin maarifçilik ənənələrinə malik olan Beyləqan rayonunda təhsil 2019-2020-ci ildə daha da inkişaf etmiş, uğurları artmışdır. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi və ümumilikdə təhsildə müasir standartlara uyğunlaşdırılma istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilmişdir. İl ərzində keçirilən respublika, zona və rayon səviyyəli tədbirlərdə, bilik yarışlarında, fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə, həmçinin idman yarışlarında şagirdlərimiz yüksək uğurlar qazanmışlar.
Beyləqan rayonun nümunəsində regionların kompleks inkişafını hədəfləyən bütün növ fəaliyyətlərin əsas məqsədi, ümumilikdə respublikamızın sosial iqtisadi vəziyyətini günü-gündən inkişaf etdirmək, onu yüksək təhsilə, elmə və iqtisadi göstəricilərə malik qüdrətli bir məmmləkətə çevirməkdir. Azərbaycanı sevən, onun uğurlu sabahlarını düşünən rayon təhsil şöbəsinin müdiri olaraq doğma Beyləqanımızın gözəlləşən simasında ölkəmizdəki inkişafı görmək mənə yalnız qürur verir. Bütün bunlara görə, hər zaman xalqının yanında olan, ulu öndərin milli ideyalarını layiqincə davam etdirən Prezidentimə minnətdaram.
Suliddin Əsgərov ən qısa zamanda rayon təhsilinin inkişafını keyfiyyətcə daha yüksək mərhələyə çıxarmaqda tam qərarlıdır
Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Suliddin Əsgərov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Suliddin Əsgərov bu işin müqəddəsliyini qoruyub saxlayır. Suliddin Əsgərov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Suliddin Əsgərovdan danışdılar yaxşı ki, Suliddin Əsgərov Beyləqan Rayon Təhsil Şöbəsinin müdiridir… Suliddin Əsgərov öz isguzarlığı ilə tanınır və seçilir….
Suliddin Əsgərov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Suliddin Əsgərov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Suliddin Əsgərov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Suliddin Əsgərov özünü doğruldub. Bizdə hörmətli Suliddin Əsgərovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Yusif Məhəmmədoğlu
Bakı-Beyləqan-Bakı
