Qlobal investiya bankı "Goldman Sachs" aşağı faiz mühiti və dolların ucuzlaşması ilə qızılın unsiyasının qiymətinin 2 min dollara yüksələcəyini nəzərdə tutur.
Marja xəbər verir ki, Bank 12 aylıq qiymət proqnozunu 1800 dollardan 2000 dollara, 3 aylıq proqnozunu 1600 dollardan 1800 dollara, 6 aylıq proqnozunu isə 1650 dollardan 1900 dollara yüksəldib.
İqtisadiyyatların yığışma əlamətləri göstərdiyi bu dövrdə qızıla sərmayə tələbinin artdığını qeyd edən bankın analitikləri, "eyni zamanda karantinlərin azalması və dollardakı zəifliyin inkişaf edən ölkələrin istehlakçı tələbini dəstəklədiyini görürük",- bildiriblər.
Qızıl dünən 1.4% artımla 1753 dollardan ticarət olunub. Qızılın unsiyasının qiyməti ilin əvvəlindən bu yana təxminən 14% artıb.
Keçən həftə Deutsche Bank da qızılın 2021-ci ilin sonu üçün qiymət proqnozunu 2000 dollara yüksəldib.