Sizin reklam burada
Sizin reklam burada

Ermənistan İranla yükdaşımaları bərpa etdi – “Cəhənnəm ölkəsi”ndən QƏRAR

Ermənistan İranla yükdaşımaları bərpa etdi – “Cəhənnəm ölkəsi”ndən QƏRAR


Koronavirus pandemiyası qarışsında çıxılmaz vəziyyətdə olan Ermənistan yükdaşımalarla bağlı İrana qarşı tətbiq olunan bütün növ məhdudiyyətləri ləğv edib.

Musavat.com bununla bağlı erməni mətbuatına istinadən xəbər verir ki, “koronovirus məhdudiyyətləri”nin qaldırılmasından sonra Ermənistan-İran sərhədindəki keçid-buraxılış məntəqələrində hərəkət bərpa olunub. Bundan sonra tranzit yüklər də adi rejimdə daşınacaq.

Qeyd edək ki, iki ölkə arasında məhdudiyyətlər bu ilin fevralından tətbiq olunmağa başlamışdı. İrandan daşınan yüklər maşınlar Ermənistana daxil olmadan erməni maşınlarına boşaldılırdı və yaxud əksinə.

Bir müddət əvvəl baş nazir Nikol Paşinyan Ermənistanın cəhənnəmə doğru addımladığını bəyan etmişdi. Belə görünür ki, COVİD-19-un sürətlə yayıldığı dövrdə erməni höuməti cəhənnəmə getmək üçün özünə yoldaş axtarışına çıxıb, əks təqdirdə indiki pik dönəmdə sərhəd qapılarını açmazdı.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ