Türkiyədə koronavirusa yoluxanların sayında artım olub.
Xeberleragentliyi.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.
Nazir “Twitter” səhifəsindən verdiyi açıqlamada bildirib ki, son bir gündə 64 nəfər koronavirusun qurbanı olub.
Bundan əlavə, ölkədə virusa daha 1 614 yoluxma qeydə alınıb. Yoluxmuş 5 015 nəfər isə sağalaraq evə buraxılıb.