Sizin reklam burada
Sizin reklam burada

Ölənlərin yaxınlarına pul verilib, koronavirus yazılır? - RƏSMİ CAVAB

Ölənlərin yaxınlarına pul verilib, koronavirus yazılır? - RƏSMİ CAVAB

Sosial şəbəkələrdə müxtəlif xəstəlikdən ölən şəxslərin yaxınlarına pul verildiyi və əvəzində onların razılığı ilə yaxınlarının koronavirusa yoluxma diaqnozundan öldüyünün qeydə alındığı barədə iddialar yayılıb.

Nazirlər Kabineti yanında operativ qərargahın dünən keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bu məsələ barədə açıqlama verərək deyib ki, bu məlumatlar tamamilə yanlışdır.

"Belə mənbələrə qətiyyən inanmayın. Bu cür əsassız məlumatlara kimsə güvənməsin. Operativ qərargahın məlumatlarını əsas mənbə kimi qəbul edin. Tam tərsinə, o cür məlumat yayanlarla da mübarizə aparmaq lazımdır".


Qəribədir bu kimi şayiələri yayan insanlar ortaya bir dənə də olsun fakt qoya bilmirlər. Anews.az olaraq belə bir halla rastlaşan vətəndaşların problemlərini işəqlandırmağa söz veririk.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ