Sizin reklam burada
Sizin reklam burada

FİFA rüşvət ittihamları ilə bağlı araşdırmaları bərpa etməyəcək

FİFA rüşvət ittihamları ilə bağlı araşdırmaları bərpa etməyəcək

FİFA ABŞ Ədliyyə Nazirliyinin Rusiya və Qətər barədə ittihamları ilə bağlı araşdırmaları bərpa etməyəcək.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, qurum bu iki ölkənin dünya çempionatının final mərhələsinə ev sahibliyi hüququna yiyələnməsi zamanı yol verilə biləcək rüşvətxorluqla bağlı növbəti araşdırmanı planlaşdırmır.

Nazirliyin hazırladığı geniş aktda FİFA-dakı korrupsiya bağlı ittihamlar irəli sürülüb. Rusiyanın DÇ-2018, Qətərin DÇ-2022-yə ev sahibliyinə sahib çıxdığı zaman səsvermədə iştirak edən FİFA məmurlarının pulla alındığı iddia olunur.

Qeyd edək ki, iki il öncə keçirilən DÇ-2018-in qalibi finalda Xorvatiyanı 4:2 hesabı ilə yenən Fransa millisi olub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ