Sizin reklam burada
Sizin reklam burada

Sərkisyan: Ərdoğan Moskvaya “Qarabağ kartı” ilə gedir

Sərkisyan: Ərdoğan Moskvaya “Qarabağ kartı” ilə gedir

Türkiyə Rusiyaya təzyiq göstərmək üçün hansısa ağrılı nöqtələr tapmağa çalışır. Onun Qarabağ istiqamətində aktivliyi bu məqamla bağlıdır.

Xeberleragentliyi.com xəbər verir ki, bunu “Sputnik Ermənistan”a açıqlamasında erməni politoloq Manvel Sərkisyan deyib.

Sərkisyan İdlib məsələsində guya Ərdoğana NATO-dan yalnız siyasi dəstəyin olduğunu və bunun üçün də Ərdoğanın Putinlə görüşə Qarabağ kartı ilə getdiyini iddia edib.

Qeyd edək ki, ötən gün Türkiyəyə gələn ABŞ nümayəndələri ən qısa müddətdə qardaş ölkəyə ən çox istifadə edilən silahlar çatdırılacağını bildirib. Eyni zamanda, Tramp NATO-nun cənub sərhədlərini qorumaq üçün “Patriot” sisteminin Türkiyəyə yerləşdirməsi ilə bağlı yaxın vaxtda qərar veriləcəyini açıqlayıb.

Bütün bunlar isə erməni siyasi elitasının əslində qara piar apardığını təsdiqləyir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ