Sizin reklam burada
Sizin reklam burada

İran öz uğursuzluğunda ABŞ-ı ittiham etdi

İran öz uğursuzluğunda ABŞ-ı ittiham etdi


İranın informasiya və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azari Cəhromi “Zəfər” peykinin havaya buraxılmasının uğursuzluqla nəticələnməsini ABŞ sanksiyaları ilə əlaqələndirib.

“Lenta.ru” xəbər verir ki, nazir “Simorq” adlı daşıyıcı-raketin peyki göyə qaldırmaq üçün yetərincə sürət yığa bilmədiyini deyib.

“Biz daşıyıcı-raket sahəsində də sanksiyalara məruz qalmışıq. Heç kim bizimlə məlumat və texnologiya barədə bilgilərini paylaşmır”, -deyə nazir əlavə edib.

Qeyd etmək lazımdır ki, “Zəfər” peyki fevralın 9-u havaya buraxılsa da, lazım olan yüksəkliyə qalxa bilməmişdi.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ