Sizin reklam burada
Sizin reklam burada

Bədii və animasiya film ssenariləri müsabiqəsinin nəticələri açıqlanıb

Bədii və animasiya film ssenariləri müsabiqəsinin nəticələri açıqlanıb

Mədəniyyət Nazirliyi tərəfindən ötən ilin noyabrın 1-dən elan edilən bədii və animasiya filmi ssenariləri müsabiqəsinin nəticələri açıqlanıb. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə təşkil olunub.

Kino ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan müsabiqəyə təqdim edilən 90-dək bədii və animasiya filmi ssenarisindən münsiflər heyəti aşağıda qeyd olunan film layihələrini seçib:

Tammetrajlı bədii

“Olimpiya” – Rüstəm Babazadə

“Zamandan kənarda” – Yavər Rzayev

“Ata” – Fariz Əhmədov, Esmira Əyyub

“Bağlı otaq” – Ramiz Fətəliyev, Yavər Rzayev

Qısametrajlı bədii

“Borc” – Ülviyyə Heydərova

“Snayper” – Əyyub Qiyas

“Buludlar” – Behzad Əhmədov

“Yonca tarlası” – Bəhruz Mustafayev

Animasiya

“Tıq-tıq və dostları möcüzələr axtarışında-2” – Sultan Abbasbəyli

“Dostum Mimi” – Reyhan Yusifqızı

“Sehrli planşet” – Vüqar Haqverdiyev

Dövlət sifarişi ilə film istehsalı üçün ssenari ehtiyatının formalaşdırılması məqsədilə seçilmiş sözügedən ssenarilərə istehsal imkanlarından asılı olaraq filmlər çəkilməsi nəzərdə tutulub.

Qeyd edək ki, dövlət sifarişi ilə film istehsalı üçün Mədəniyyət Nazirliyi tərəfindən gələcəkdə də davamlı olaraq ssenari müsabiqələrinin keçirilməsi nəzərdə tutulub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ