Sizin reklam burada
Sizin reklam burada

Əhalinin kütləvi toplaşdığı bütün ərazilərdə koronavirusla bağlı profilaktiki tədbirlər gücləndiriləcək

Əhalinin kütləvi toplaşdığı bütün ərazilərdə koronavirusla bağlı profilaktiki tədbirlər gücləndiriləcək

Səhiyyə naziri Oqtay Şirəliyevin “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmrinə uyğun olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) tərəfindən ölkə ərazisində profilaktik tədbirlərin gücləndirilməsi haqqında əmr imzalanıb.

Bu barədə APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.

Onun sözlərinə görə, əmr şəhər, rayon gigiyena və epidemiologiya mərkəzlərinə, Su Nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzi, Hava Nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzi və Dəmiryolunda Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib.

Əmrdə yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik və dezinfeksiya tədbirlərinin gücləndirilməsi tapşırılıb: “Əhalinin kütləvi toplaşdığı bütün ərazilərdə profilaktik tədbirlər gücləndiriləcək”.

Məktəbəqədər və ümumi təhsil müəssisələrinin dezinfeksiyasına gəlincə, Z. Kazımov qeyd edib ki, bu tədbirlərin nə vaxt başlayacağı hələlik müəyyənləşməyib: “Bu məsələ ilə bağlı da əlavə tədbirlərin həyata keçirilməsi planlaşdırılır”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ